Mişel Platini yenidən maraqlı fikirləri ilə diqqət çəkib
UEFA prezidenti Mişel Platini yenidən maraqlı fikirləri ilə diqqət çəkib.

"Goal.com"a danışan Platini bu il "Qızıl top" mükafatını Kriştiano Ronaldo və Lionel Messinin yox, Almaniya millisinin üzvünün qazanmalı olduğunu bildirib:

"Böyük ehtimalla, bu il "Qızıl top" mükafatı dünya çempionu olan komandanın üzvünə veriləcək. Yəni, bu dəfə dünyanın ən yaxşısı alman futbolçu seçilməlidir. 2010-cu ilə qədər bu hər zaman belə olub. Həmin il "Qızıl top"u dünya çempionu olmasa da, Messi qazandı. Lakin bu dəfə belə olmamalıdır. İstənilən halda Ronaldo və Messi dünyanın ən yaxşı futbolçularıdır. Buna heç kəsin şübhəsi yoxdur".

Qeyd edək ki, ötən il "Qızıl top" mükafatını Portuqaliya yığması və "Real" (Madrid) klubunun hücumçusu Kriştiano Ronaldo qazanıb.

Xəbər 804 dəfə oxundu.