Messi Luis Enrikenin tələbini yerinə yetirmədi
"Barselona" klubunun hücumçusu Lionel Messi "Eybar"la La Liqa matçında baş məşqçisi Luis Enrikenin tələbini yerinə yetirməyib.

İspaniyalı mütəxəssis matçın 76-c dəqiqəsində Messini əvəzləmək istəsə də, argentinalı forvard bundan imtina edib.

Belədə L.Enrike köməkçisinə Neymarın əvəzlənəcəyini bildirib.

Qeyd edək ki, "Barselona"nın 3:0 hesabı ilə qalib gəldiyi oyunda üçüncü qolun müəllifi Messi olub. O, daha iki qol vuracağı təqdirdə La Liqa tarixinin ən məhsuldar futbolçusu adını qazanacaq.

Xəbər 830 dəfə oxundu.