"Qarabağ" "Dnepr"lə oyuna hazırlaşır
Avropa Liqasının qrup mərhələsinin III turunda Ukranynada "Dnepr"in qonağı olacaq "Qarabağ" bu oyunun hazırlıqlarını davam etdirir.

Komanda gündə 1 məşqlə matça hazırlaşır.

"Qarabağ" bu gün və sabah da Bakıda məşqə çıxacaq. Oktyabrın 22-də isə Ağdam təmsilçisi Kiyevə yollanacaq.

Qeyd edək ki, "Dnepr" - "Qarabağ" oyunu oktyabrın 23-ü keçiləcək.

Xəbər 861 dəfə oxundu.