İtaliya A Seriyasında 7-ci turun oyunları davam edir
İtaliya A Seriyasında 7-ci turun oyunları davam edir.

İkinci oyun günündə daha 7 qarşılaşma baş tutub.

Avroliqanın qrup mərhələsində “Qarabağ”ın rəqiblərindən olan “İnter” doğma meydanda “Napoli” ilə qarşılaşıb. Son iki turlarda uğursuz çıxışı ilə yadda qalan Valter Matsarinin komandası bu görüşdə də xal itirib. Qarşılaşma 2:2 hesablı bərabərliklə başa çatıb.

“Milan” isə səfərdə “Verona”ya qalib gəlib – 3:1

Qeyd edək ki, A Seriyasında 7-ci tura bu gün keçiriləcək "Genua" - "Empoli" oyunu ilə yekun vurulacaq.


19 oktyabr

İtaliya A Seriyası, 7-ci tur

19 oktyabr

"Fiorentina" - "Latsio" - 0:2
Qollar: Corcoviç, 35, Luliç, 90

"Atalanta" - "Parma" - 1:0
Qol: Boakye, 90

"Kalyari" - "Sampdoriya" - 2:2
Qollar: Qabbiadini, 28 (0:1), Obianq, 39 (0:2), Avelar, 59-pen. (1:2), Sau, 77 (2:2)


"Palermo" - "Çezena" - 2:1
Qollar:Rodriqes, 61-pen. (0:1), Dybala, 33 (1:1), Qonzales, 90+2 (2:1)

"Torino" - "Udineze" - 1:0
Qol: Quaqliarella, 62

"Verona" - "Milan" - 1:3
Qollar: Markes, 21-avtoqol (1:0), Honda, 27 (1:1), 56, (1:2), Lopes, 87 (1:3)

"İnter" - "Napoli" - 2:2
Qollar: Kallehon, 79 (0:1), Quarin, 82 (1:1), Kallehon, 90 (1:2), Hernanes, 90+2 (2:2)

18 oktyabr

"Roma" - "Kyevo" - 3:0
Qollar: M.Destro, 4 (1:0), A.Lyayiç, 25 (2:0), Totti, 33-pen (3:0)

"Sassuolo" - "Yuventus" - 1:1
Qollar: S.Zaza, 13 (1:0), P.Poqba, 19 (1:1)





20 oktyabr

"Genua" - "Empoli"

Xəbər 776 dəfə oxundu.