İngiltərədə ayın ən yaxşı futbolçusu və baş məşqçisi bəlli oldu
Ronald Kuman və Qratsiano Pelle İngiltərə premyer-liqasında ötən ayın, müvafiq olaraq, ən yaxşı baş məşqçisi və futbolçusu seçiliblər. Sentyabrda “Sauthempton” hollandiyalı mütəxəssisin rəhbərliyi altında keçirdiyi 3 oyunun hamısında qələbə qazanıb. Kuman sözügedən nominasiyada Naycel Pirson (Lester), Nil Uornok (Kristal Pelas) və Joze Mourinyonu (Çelsi) qabaqlayıb.

Qratsiano Pelleyə gəlincə, “Sauthempton”un hücumçusu sentyabrda komandasının qələbələrində böyük rol oynayıb. O, bu görüşlərdə 3 qol vurmağı bacarıb.

Xəbər 928 dəfə oxundu.