Allahverdi Yaşar Bəxtiyar oğlu
Allahverdi Yaşar Bəxtiyar oğlu 16 fevral 1963-cü ildə Bakı şəhərində anadan olub.
Orta ixtisas təhsillidir. 1991-ci ildən cüdo üzrə məşqçi-müəllim kimi əmək fəaliyyətinə başlayıb. Ali məşqçi-müəllim dərəcəsi verilib. “Azərbaycan Respublikasının Əməkdar məşqçisi” fəxri adına layiq görülüb. Hal-hazırda “Neftçi” İSM-də cüdo üzrə baş məşqçi vəzifəsində çalışır. İşlədiyi müddətdə yetirməsi Elnur Məmmədli Avropa çempionatının qalibi, dünya çempionatının mükafatçısı, 2008-ci il Pekin Olimpiadasının çempionu adını qazanıb. “Tərəqqi” medalı ilə təltif edilib.

Azərbaycan Respublikası Prezidentinin 22 dekabr 2009-cu il tarixli Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 1730 dəfə oxundu.