"Roysu da transfer etmək istəyirik" - "Bavariya" rəsmisi
"Bavariya" Mario Qötze və Robert Levandovskidən sonra Marko Roysu da heyətinə cəlb edə bilər.

Bu haqda Münhen təmsilçisinin fəxri prezidenti Karl Haynz Rummenige məlumat verib. O deyib ki, "Bavariya" 25 yaşlı yarımmüdafiəçini mütləq trasnfer etməlidir:

"Roysu heyətimizə cəlb etmək istəyirik. Onun razılığa gəlib-gəlməyəcəyimizi bilmirəm. Çünki Roysla başqa klublar da maraqlanır. "Borussiya" da ona yeni müqavilə təklif edəcək. Ancaq son qərarı Roys verəcək".

Xəbər 864 dəfə oxundu.