"Hollandiya millisini çalışdırmayacam" - Kuman
"Sauthempton" klubunun baş məşqçisi Ronald Kuman Hollandiya yığmasını çalışdıracağı ilə bağlı xəbərlərə münasibət bildirib.

Britaniya mətbuatına danışan hollandiyalı mütəxəssis yığmada işləməyi düşünmədiyini deyib:

"Mən "Sauthempton"un baş məşqçisiyəm. Hansısa yığmanı çalışdırmağı da düşünmürəm. Bəli, Hollandiya millisinin "Avro-2016"nın seçmə mərhələsindəki çıxışından narazıyam. Uğursuz startdan sonra toparlanmaq çətin olacaq. Hər zaman bu yığmanın qələbə qazanmasını istəyirəm. Çünki mən hollandiyalıyam".

Qeyd edək ki, Hollandiya millisi seçmə mərhələdə keçirdiyi 3 oyundan yalnız birində qələbə qazanıb.

Xəbər 772 dəfə oxundu.