"Monako"dan Arsen Vengerə 10 milyon funt
"Arsenal" klubunun baş məşqçisi Arsen Venger yenidən "Monako"nu çalışdıra bilər.

Fransa təmsilçisi artıq təcrübəli mütəxəssisə rəsmi təklif göndərib.

64 yaşlı mütəxəssis "Monako"nun təklifini qəbul edəcəyi təqdirdə ilinə 10 milyon funt-sterlinq qazanacaq. Lakin "Arsenal"la 2017-ci ilə qədər müqaviləsi olan Vengerin hansı qərarı verəcəyi maraqla gözlənilir.

Qeyd edək ki, Venger 1987-1994-cü illərdə "Monako"nu çalışdırıb.

Xəbər 1097 dəfə oxundu.