"Bu, karyeramın ən acı məğlubiyyəti idi"
"Bavariya" klubunun baş məşqçisi Pep Qvardiola maraqlı fikirləri ilə diqqət çəkib.

"Daily Mail"ə danışan ispaniyalı mütəxəssis ötən mövsüm Çempionlar Liqasının yarımfinalında "Real" (Madrid) klubuna uduzduqları görüşün (0:4) karyerasının ən acı məğlubiyyəti olduğunu bildirib:

"Həmin oyunda hər şeyi səhv etmişdim. Ona görə oyun istədiyimiz kimi alınmadı və böyükhesabla məğlub olduq. Bu, karyeramın ən acı məğlubiyyəti idi".

Xəbər 827 dəfə oxundu.