Sərbəst güləş üzrə Respublika zona birinciliyi
13-16 oktyabr tarixlərdə Astara Olimpiya İdman kompleksində Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin vahid təqvim planına əsasən İdman məktəblərinin VII Respublika Oyunlarının proqramına daxil olan sərbəst güləş üzrə 2002-2003-cü il təvəllüdlü idmançılar arasında Respublika zona birinciliyi keçirilib.

Yarışda Astara zonası üzrə 11 rayon və şəhər komandasından idmançı, məşqçi, nümayəndə və hakimlərdən ibarət, ümumilikdə 146 nəfər iştirak edib.

Çəkilər üzrə birinci, ikinci və üçüncü yerləri qazanmış idmançılar noyabr ayında keçiriləcək Respublika final mərhələsində iştirak etmək hüququ qazanıblar.

Astara rayon yığma komandasının tərkibində Astara UGİM, AOİK-nin idmançıları çıxış ediblər.

Xəbər 878 dəfə oxundu.