Mövlud Mirəliyev: «6 vəsiqəyə ümid edirəm»


«Pekində olduğu kimi, məncə, London olimpiadasında da 6 cüdoçu ilə təmsil olunacağıq». Bu sözü idman.com.az saytına açıqlamasında milli komandanın sabiq üzvü Mövlud Mirəliyev verib. Olimpiya oyunlarının bürünc mükafatçısı deyib ki, onun çəkisində çıxış edən Elmar Qasımov gələn il nəticələrini yaxşılaşdırsa, onda say arta bilər: «100 kq-da mübarizə aparan Elmar Qasımov gənclər böyüklərə yeni keçib. Ona görə, bu yaş qrupunda mübarizə aparmaq cüdoçumuza hələ çətindir. Belədə, 4 kişi və 2 qadın idmançımız reytinqdə qənaətbəxş yerdədirlər. Onların Londona vəsiqə qazanacaqlarına şübhə etmirəm».

Xəbər 1501 dəfə oxundu.