“Qran-Pri”nin qalibi Fabiano Karuano oldu
Bakıda, Milli Təhlükəsizlik Nazirliyinin Mədəniyyət Mərkəzində keçirilən “Qran-Pri” seriyasının 1-ci mərhələsi başa çatıb. Şahmat Federasiyasının məlumatına görə dünyanın 12 güclü şahmatçısı - Fabiano Karuana (İtaliya), Hikaru Nakamura (ABŞ), Sergey Karyakin, Aleksandr Qrişuk, Pyotr Svidler, Dmitri Andreykin, Yevgeni Tomaşevski (hamısı Rusiya), Lenyer Dominqes (Kuba), Boris Gelfand (İsrail), Rüstəm Qasımcanov (Özbəkistan) və təmsilçilərimiz - Şəhriyar Məmmədyarov və Teymur Rəcəbovun mübarizə apardığı “Qran-pri”-nin həlledici turunun altı partiyasından beşi heç-heçə ilə başa çatıb. Yalnız rusiyalı Aleksandr Qrişşuk kubalı Lenyer Domingesə qalib gəlib.

Nəticədə, 11 mümkün xaldan 6,5 xal toplamış italiyalı şahmatçı Fabiano Karuano və israilli Boris Gelfand ilk iki yeri tutublar. Aleksandr Qrişuk, Sergey Karyakin, Pyotr Svidler, Yevgeni Tomaşevski və amerikalı Hikaru Nakamura 6 xal toplayaraq 3-7-ci yerləri bölüşdürüblər. Həmyerlimiz Teymur Rəcəbov aktivinə 5.5 xal yazaraq 8-ci yerin sahibi olub. Digər təmsilçimiz Şəhriyar Məmmədyarov və Özbəkistan şahmatçısı Rüstəm Qasimcanov 5 xalla 9-10-cu yerləri bölüşdürüblər. Dimitri Adreykin 4.5 xalla 11-ci, Kuba təmsilçisi Leyner Domingues isə 3 xalla sonuncu olublar.

Leyla QURBANOVA




Xəbər 997 dəfə oxundu.