Xəzər İsayev: «Əsas kəmiyyət deyil, keyfiyyətdir»
Milli Olimpiya Komitəsinin vitse-prezidenti Xəzər İsayev London olimpiadasına lisenziya qazanmaq imkanlarımızı dəyərləndirib. «İdman» qəzetinə açıqlamasında o deyib ki, həmişə kəmiyyətə deyil, keyfiyyətə üstünlük verib: «Yeniyetmə və gənclərin Sinqapur olimpiadasında əldə etdiyimiz uğurlar göstərdi ki, əsas kəmiyyət deyil, keyfiyyətdir. Oraya yollanmış 12 idmançımızdan 8-i medal qazandı. Bunlardan 5-i gümüş və 3-ü gümüş mükafat oldu».
MOK rəsmisi bildirib ki, hazırda 29 lisenziyamız var və gələn il bunların sayı daha artacaq: «İndiyədək idmançılarımız 29 lisenziya qazanıblar. Hesab edirəm ki, son mərhələyə qədər bunları sayı daha çox olacaq. Bu mövsüm Avropa və dünya çempionatlarında uğurlu nəticələrimiz oldu. Məncə, Londonda medala iddialı elə həmin olimpiyaçılarımız olacaq. Fikrimcə, 1-2 qızıl medalımız olacaq. Ümumi say isə 7-ni aşacaq».

KAMRAN

Xəbər 1295 dəfə oxundu.