"Avro-2016"da ilk baş məşqçi istefası
"Avro-2016"nın seçmə mərhələsində öz meydanında Slovakiyaya 1:3 hesabı ilə uduzan Belarus millisinin baş məşqçisi Georgi Kondratyev tutduğu vəzifədən istefa verib.

Federasiya rəhbərliyi ilə görüşən 54 yaşlı mütəxəssis komandadan ayrılmaq istədiyini bildirib.

Tərəflər arasında razılıq əldə olunub və müqavilə qarşılıqlı şəkildə ləğv edilib.

Qeyd edək ki, Kondratyev 2011-ci ildən Belarus yığmasını çalışdırıb. Onun rəhbərliyi altında "Avro-2016"nın seçmə mərhələsində 3 oyun keçirən Belarus millisi cəmi 1 xal toplayıb.

Xəbər 1347 dəfə oxundu.