“Acıbadəm” “Qəbələ”yə xidmət edəcək

“Qəbələ” futbol klubu ilə Türkiyənin aparıcı tibb mərkəzlərindən biri olan “Acıbadəm Hospitals Group” arasında tərəfdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə əsasən, “Acıbadəm” komandanın 2011/2012 mövsümünün sonuna qədər tibbi xidmətlər üzrə rəsmi sponsoru olacaq. Tərəflər arasında müqavilənin gələn mövsüm də davam etməsi gözlənilir.

Qeyd edək ki, “Acıbadəm” 1991-ci ildən Türkiyə ilə yanaşı, beynəlxalq arenada da yüksək standartlara uyğun tibbi xidmətlər verməkdədir. Bu müddət ərzində xəstəxana və tibb mərkəzlərindən ibarət səhiyyə şəbəkəsini böyüdən “Acıbadəm” bu gün 16 tam təchizatlı xəstəxana və 8 polikilinika ilə xidmət göstərir. Bu xəstəxana və mərkəzlərin 11-i JSCI tərəfindən 2005-ci ildən etibarən akkreditasiya edilib. Türkiyənin aparıcı özəl tibb xidməti qurumlarından olan “Acıbadem”in personal sayısı 13 minə çatıb.

Xəbər 1353 dəfə oxundu.