Dağıstandan 1 qızıl, 1 gümüş və 1 bürünc medal
Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına sərbəst güləş üzrə beynəlxalq turnir keçirilib.

Yığma komandanın məşqçisi Siracuddin Eldarovun rəhbərliyi altında qonşu respublikaya yollanan güləşçilərimiz 1 dəst medal qazanıb.

Ən ağır çəkili pəhləvanların yarışında finalda Azərbaycan təmsilçiləri qarşılaşıb. Cəmaləddin Məhəmmədov komanda yoldaşı Əli Maqomedabirovla qarşılaşıb və qalib gələrək turnirin qızıl medalına sahib olub. Əli Maqomedabirov isə gümüş medala yiyələnib.

Turnirin bürünc medalını isə yığmamıza 74 kq çəki dərəcəsində mübarizə aparan Mircəfər Murtuzlu qazandırıb.

Xəbər 831 dəfə oxundu.