Sərbəst güləşçilər üçün Dağıstanda daha bir sınaq
11-12 oktyabrda Dağıstan Respublikasının Buynak rayonunda İ.X.Şıxsaidovun adına beynəlxalq turnir keçiriləcək. Yarışda sərbəst güləş üzrə milli komandanın bəzi üzvləri də iştirak edəcək.

Seçmə məşqçisi Siracuddin Eldarovun rəhbərliyi ilə qonşu ölkəyə 5 pəhləvan yollanıb. Bunlar Elçin Vəliyev (57 kq), Gitinoməhəmməd Hacıyev (65 kq), Kamran Yunusov, Mircəfər Murtuzlu (hər ikisi - 74 kq) və Məhəmməd Abdulxaliqovdur (86 kq).

Xəbər 836 dəfə oxundu.