Hikaru Nakamura: Şahmat məsələsində ABŞ-ı Azərbaycanla müqayisə etmək olmaz
Bakıda keçirilən qran-pri turnirinin iştirakçısı Hikaru Nakamura Azərbaycanda şahmatın vəziyyətindən məmnun olduğunu deyib. Onun sözünə görə şahmatla bağlı Azərbaycanı ABŞ ilə müqayisə etmək olmaz:

"Azərbaycanda şahmata yüksək diqqət göstərilir. Bu məni çox sevindirir. Ümumiyyətlə Avropada şahmat çox inkişaf edir. Qərbi Avropada xüsusilə irəliləyişə nail olunub. MDB məkanını deməyə ehtiyac yoxdur. Orada ən güclü şahmatçılar toplaşıb.

ABŞ bu barədə bir qədər fərqli vəziyyətdədir. Fişerin dövründə şahmata böyük maraq olub. Sadəcə onun sonrakı hərəkətləri, psixoloji durumu ABŞ xalqını qorxutdu. Onlar artıq düşünməyə başladılar. Bu müəyyən mənada şahmata olan münasibəti dəyişdi. Bakıda qran-pri yüksək səviyyədə təşkil olunub.

Ancaq ABŞ belə turnirləri o səviyyədə keçirmir. Heç kim təəccüblənməsin, amma bizdə şahmatçılar turnirə şahmat lövhəsini və saatı özləriylə gətirir. Bu hətta reqlamentdə qeyd olunur. Təkcə açıq turnirlər deyil, hətta böyük turnirlərdə iştirakçılar şahmat taxtasını özüylə gətirməlidir. Bəlkə bu sizə qəribə gəlir, amma bu belədir".

Xəbər 869 dəfə oxundu.