"İbrahimoviçə sürpriz hazırlayacam" - Kapello
"Avro-2016"nın seçmə mərhələsində İsveçlə qarşılaşacaq Rusiya millisinin baş məşqçisi Fabio Kapello maraqlı fikirləri ilə diqqət çəkib.

İtaliyalı mütəxəssis rəqibin hücumçusu Zlatan İbrahimoviç üçün sürpriz hazırlayacağını bildirib:

"İbrahimoviç dünyanın ən yaxşı və texnikalı futbolçusudur. Yalnız o, bizə problem yarada bilər. Lakin oyun ərzində onun qarşısını almağa çalışacağıq. İbrahimoviçə sürpriz hazırlayacam. Əminəm ki, onu təəccübləndirəcəyik".

Qeyd edək ki, oktyabrın 9-da keçiriləcək İsveç - Rusiya oyunu Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.

Xəbər 847 dəfə oxundu.