Azərbaycan millisində yeni futbolçu
21 yaşadək futbolçulardan ibarət Azərbaycan yığmasının heyətinə yeni oyunçu cəlb olunub.

Bu, "Borussiya" (Münhenqladbax) klubunun əvəzedici heyətinin üzvü Bilal Sezerdir.

Türk əsilli futbolçu yığmamızın Frankfurtdakı təlim-məşq toplanışına çağırılıb. 20 yaşlı futbolçunun millimizdəki debütü uğurlu alınıb. Bilal Sezer “Pirmasens” klubu ilə yoldaşlıq görüşündə (4:1) dublla yadda qalıb.

Xəbər 836 dəfə oxundu.