Zeynalov Elçin Hidayət oğlu
Zeynalov Elçin Hidayət oğlu 01 aprel 1948-ci ildə Gəncə şəhərində anadan olub.
1968-ci ildə Kirov adına Bədən Tərbiyəsi İnstitutunun qiyabi şöbəsinə daxil olub. Hal-hazırda sərbəst güləş idman növü üzrə məşqçi-müəllim vəzifəsində çalışır. Bir çox yetirməsi dünya birinciliyinin , Avropa birinciliyinin və Dünya Kubokunun qalibi və mükafatçılarıdır. Bunlardan Adil İbrahimov, Rza Xəlilov, Vüsal Həsənov və Rəhim Əliyev. 1973-cü ildə SSRİ idman ustası, 1989-cu ildə əməkdar məşqçi adlarına layiq görülüb.

Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2008-ci il Sərəncamı ilə “Əməkdar bədən tərbiyəsi və idman xadimi” fəxri adına layiq görülüb.

Xəbər 4641 dəfə oxundu.