Pike: "İndiyə kimi Roy Kindən qorxuram"
"Barselona" klubunun müdafiəçisi Jerar Pike sabiq komandası "Mançester Yunayted"in keçmiş kapitanı Roy Kin haqda danışıb.

"Barcastuff"a danışan ispaniyalı futbolçu indiyədək R.Kindən qorxduğunu bildirib:
"Sabiq baş məşqçim Aleks ser Ferqüssondan qorxmurdum. Ancaq Roy Kin başqa idi. Xatırlayıram, bir dəfə paltardəyişmə otağında oturmuşduq. Birdən telefonum titrəməyə başladı. O, bunu eşitdi və qəzəbli şəkildə telefonu axtarmağa başladı. Ötən mövsüm Çempionlar Liqasında "Seltik"lə oyundan öncə onunla qarşılaşdım. Əlimlə üzümü tutdum. Çünki indiyə qədər ondan qorxuram".

Qeyd edək ki, Pike 2004-2008-ci illərdə "Mançester Yunayted"in şərəfini qoruyub.

Xəbər 1002 dəfə oxundu.