"Arsenal"ın keçmiş bombardiri Tyerri Anri karyerasını Şimali Amerika Liqasında davam etdirir
Anri hazırda çıxış etdiyi "New York Red Bulls" klubu ilə yollarını ayırmağı düşünür. Fransız forvardın 2014-cü ilin sonunda başa catacaq müqaviləsi böyük ehtimalla uzadılmayacaq. 37 yaşlı Anri bu halda yenidən "Arsenal"a qayıda bilər. Tyerri ya məşqçilik, ya da "topçular"ın hücumda oyununu gücləndirmək üçün "Emirates"də görünə bilər.

Xatırladaq ki, Anri 2010-cu ildə transfer olunduğu "New York Red Bulls"da 119 görüşdə forma geyib. Onun aktvində 50 qol var.

Xəbər 1031 dəfə oxundu.