"Baku United" İtaliya çempionunu darmadağın etdi
Oktyabrın 1-də UEFA Futzal Kubokunun əsas mərhələsinin oyunlarına start verilib.

Böyük Britaniyada fəaliyyət göstərən "Odlar Yurdu" təşkilatının təsisçisi olduğu İngiltərə çempionu "Baku United" "ölüm qrupu" sayılan 5-ci qrupda İtaliyanın "Luparense", Serbiyanın "Ekonomak" və Yunanıstanın "Afina 90" klubları ilə mübarizə aparır.

İlk oyunda "Baku United" turnirin favoritlərindən biri sayılan İtaliya çempionu "Luparense" ilə qarşılaşıb və əsas mərhələnin ən böyük sürprizini edərək rəqibini 6:2 hesabı ilə darmadağın edib.

"Bakılılar"ın heyətində 3 qol vuran Tobe fəallığı ilə seçilib. Komandanın lideri Marselo da hesabına 2 qol yaıb, daha bir qolu isə Conatan vurub.

Xəbər 836 dəfə oxundu.