Muarem Muarem Makedoniya millisinə çağırıldı
"Qarabağ"ın futbolçusu Muarem Muarem Makedoniya millisinə çağırılıb.

25 yaşlı yarımmüdafiəçi "Avro-2016"nın seçmə mərhələsində Lüksemburq və Ukrayna ilə oyunlar üçün milli komandaya dəvət alıb.

Qeyd edək ki, Makedoniya millisi oktyabrın 9-u Lüksemburqla, oktyabrın 12-i isə Ukrayna yığması ilə qarşılaşacaq.

Qeyd edək ki, Muarem Muarem indiyə kimi Makedoniya millisində 5 oyunda iştirak edib.


Xəbər 726 dəfə oxundu.