Paytaxt küçələrində "Critical Mass Baku"
Azərbaycan Velosiped İdmanı Federasiyası və "Sharkhead" Velosipedçilər Klubunun birgə təşkilatçılığı ilə paytaxt küçələrində "Critical Mass Baku" adlı növbəti veloyürüş keçirilib. Sayca 2-ci dəfə təşkil edilən yürüşdə 300-dən artıq həvəskar velosipedçi iştirak edib. Onlar Hökumət Evinin qarşısından start götürməklə paytaxt küçələri ilə 20 km məsafə qət ediblər.

Qeyd edək ki, "Critical Mass" veloyürüşü hazırda dünyanın 300-dən artıq böyük şəhərində hər ayın sonuncu istirahət günləri təşkil edilir. Əsas şüarları "Biz təmiz şəhər tərəfdarıyıq", "Biz hərəkətə mane olmuruq, biz hərəkətin bir hissəsiyik" olan veloyürüş avqust ayından etibarən AVİF və "Sharkhead" tərəfindən Bakı küçələrində də keçirlir. Əsas məqsəd isə ekoloji cəhətdən təmiz nəqliyyat vasitəsi sayılan velosipedin daha geniş təbliğinə nail olmaqdır.

Xəbər 808 dəfə oxundu.