DÇ-2014: Çıxışlarımız başa çatdı / YENİLƏNİB
İspaniyanın Ponferrada şəhərində keçirilən şose velosipedi üzrə dünya çempionatına sabah yekun vurulacaq. Bu günsə Azərbaycan yığma komandasının son 2 üzvü qrup ötüşməsində mübarizə aparıb. Bunlar gənclər yığmamızın üzvləri, iyulda keçirilmiş Avropa çempionatında 12-ci yeri tutan Elgün Əlizadə, həmçinin Kənan Qəhrəmanlıdır.

İdmançılarımız 127.4 km məsafəyə qrup ötüşməsində çıxış ediblər. Mübarizəyə Bakı vaxtı ilə saat 12:00-da start verilib. Təəssüf ki, hər iki velosipedçimiz yolboyu baş verən qəzalardan qaça bilməyərək yarışı yarımçıq başa vurublar.

Xəbər 797 dəfə oxundu.