Millimiz Almaniyaya təlim-məşq toplanışına gedir
Azərbaycan milli komandası "Avro-2016"nın seçmə mərhələsində oktyabrın 10-da səfərdə İtaliyanın, 3 gün sonra isə Xorvatiyanın qonağı olacaq Azərbaycan millisinin təlim-məşq toplanışı keçirələcək.

Yığmamız oktyabrın 3-dən 8-dək Almaniyanın Frankfurt şəhərində, oktyabrın 8-dən 11-dək İtaliyanın Palermo şəhərində, oktyabrın 11-dən 14-dək isə Xorvatiyanın Osiyek şəhərində toplanışda olacaq.

Berti Foqtsun komandası İtaliya ilə qarşılaşacaqları Palermo şəhərinə Frankfurt şəhərindən yollanacaq.

Xəbər 881 dəfə oxundu.