Azərbaycan çempionatına start verildi

Bakı İdman Sarayında boks üzrə böyüklər arasında Azərbaycan çempionatı start götürüb. Yarışda respublikamızın ayrı-ayrı şəhər və rayonlarını təmsil edən 42 komandanın 173 boksçusu iştirak edir. İlk gündə çəkisi 64 və 69 kq olan boksçular rinqə çıxıblar. Olimpiya oyunlarına lisenziya qazanılmayan çəkilərdə (49, 56, 60, 69, və 81 kq) daha gərgin mübarizənin gedəcəyi gözlənilir. Turnirin ilk günündə gözlənilməz nəticə qeydə alınmayıb. Bakıda keçirilən dünya çempionatında ilk döyüşdə İtaliya təmsilçisinə uduzan Emil Əhmədov (69 kq) ölkə çempionatına qələbə ilə başlayıb. O, komanda yoldaşı – “Neftçi” İdman Sağlamlıq Mərkəzini təmsil edən Elvin Quliyevi 9:6 hesabı ilə məğlub edib. Son ölkə çempionu, bu il Bolqarıstanda “Strandja” turnirində bürünc medal qazanmış Tamerlan Abdullayev isə Gəncə nümayəndəsi Orxan Cavadlını mübarizədən kənarlaşdırıb – 15:2. Bu il ən güclülərin yarışında 2-ci yerə layiq görülən İsmət Eynullayev də növbəti mərhələyə vəsiqə qazanıb. O, Zaqatala boksçusu Qurban Hümbətovu vaxtından əvvəl texniki nokautla məğlub edib. Uzun illər milli komandamızın kapitanı olmuş, 2005-ci ilin dünya çempionatının bürünc mükafatçısı Emil Məhərrəmov Gəncə boksçusu Asif Məmmədov üzərində 9:2 hesabı ilə qələbə qazanıb. Ötən il “Baku Fires” klubunun heyətində WSB liqasında mübarizə aparmış Osman Əliyev ölkə çempionatına asan qələbə ilə başlayıb. Onun rəqibi Zaur Şıxəliyevin (Qusar) burnu iki dəfə qanadığından hakimlər döyüşü dayandırıblar. Dekabrın 21-də yarış saat 14-də başlayacaq və 35 döyüş keçiriləcək. Əvvəlcədən yarışın dekabrın 24-də başa çatması nəzərdə tutulsa da, təşkilatçılar iştirakçıların çoxluğuna görə, final görüşlərini bir gün sonraya (25 dekabr) keçiriblər.
64 kq
Coşğun Əliyev (UGİM) 5:7 Natiq Feyruzi (Gəncə)
Fərşid Rüstəmi (Migəçevir) 7:13 Mehdi Səfiyarlı (Zenit)
Mehdi Mehdiyev 16:9 Taryel Məmişov (DİN İC)
Anar Hüseynov (Turan) 14:2 Azər Nəbiyev (MOİK)
Nurlan Məmmədov (Rabitə) 14:4 Elnur Mustafayev (Naxçıvan)
Məhəmməd İdrisov (Qızıl Əlcək) 10:6 Dəyanət Cavadov (Siyəzən)
Rüfət Hacıyev (Cəlilabad) 6:16 Rasim Mərdanov (İnter)
Mehman Məmmədov (Quba) 8:16 Ellaz Orucov (Neftçi)
Elnur Əliyev (Rabitə) Ruslan Cavadov (Spartak) tam üstünlüklə Əliyev qalib gəlib
Kamran Bağırov (Atlet) 3:19 Rauf Həmidov (Təhsil)
Vahid Ağayev (Gənclik) Rüfət Həşimov (Rabitə) tam üstünlüklə Həşimov qalib gəlib
Zahir Tanrıquliyev (Qızıl Əlcək) 7-7 Şahin Əliyev (Şirvan) hakimlər qələbəni Əliyevə veriblər
Ruslan Qasımov (Neftçi) 17:2 Fəqan Eyvazov (Sumqayıt)
Ülvi Eyyubov (Gömrükçü) 6:20 Nurlan Həsənov (Sərhədçi)
Amil Cəfərov (Şəmkir) 16:8 Bəhruz Paşayev (Şəki)
Elnur Zeynalov (Rabitə) 23:5 İlkin Əkbərov (Lokomotiv)
69 kq
Emil Əhmədov (Neftçi) 9:6 Elvin Quliyev (Neftçi)
Nemət Dadaş (Məhsul) 7:20 Ənvər Əmirli (Turan)
Tamerlan Abdullayev (Rabitə) 15:2 Orxan Cavadlı (Gənclik)
Fuad Niftiyev (UGİM) 8:16 Ziyad Baxşəliyev (Gömrükçü)
İsmət Eynullayev (Rabitə) Qurban Hümbətov (Zaqatala) tam üstünlüklə Eynullayev qalib gəlib

Səyyar Ləzgiyev (Şəmkir) 11:7 Əlirza Nəsibov (Atlet)
Anar Cəfərov (Gömrükçü) - Anar Hümbətov (Ağdaş) tam üstünlüklə Cəfərov qalib gəlib
Ravid Mirzəbəyov (Quba) - Şahin Həsənov (Şəki) tam üstünlüklə Həsənov qalib gəlib
Emil Məhərrəmov (Rabitə) 9:2 Asif Məmmədov (Gəncə)
Orxan Mehdiyev (Zenit) – Fəqan Hüseynov (Neftçi) tam üstünlüklə Hüseynov qalib gəlib
Osman Əliyev (Baku Fires) – Zaur Şıxəliyev (Qusar) tam üstünlüklə Əliyev qalib gəlib
Qəhrəman Xələfov (Quba) 15:6 Səyal Əlisoy (Naxçıvan)
Ceyhun Niftəliyev (Təhsil) – Rauf Hacıyev (Mingəçevir) tam üstünlüklə Niftəliyev qalib gəlib
Bəxtiyar Nadirov (Siyəzən) – Mahir Hüseynov (Cəlilabad) tam üstünlüklə Nadirov qalib gəlib
Babək Rüstəmov (Şirvan) 12:9 Zaur Ramazanov (Qızıl Əlcək)
Naib Hacıyev (Sumqayıt) – Elvin Səfərov (Lənkəran) tam üstünlüklə Hacıyev qalib gəlib

Xəbər 1359 dəfə oxundu.