Fariz Məmmədov dünya onluğuna düşdü
“Qəbələ” idman klubunun üzvü Fariz Məmmədov Ümumdünya Boks Təşkilatının (WBO) sentyabr ayı üçün açıqlanan yeni reytinq cədvəlində mövqeyini gücləndirib.

F.Məmmədov hələ iyunun 8-də almaniyalı Mattias Pelkə nokautla qalib gəlib WBO-nun Avropa kəmərinə sahib çıxmaqla orta yungül çəki dərəcəsində (66.68 kq) dünyanın ən güclü 10 boksçusu sırasına düşüb. İndi idmançımız avqust ayı ilə müqayisədə mövqeyini daha da gücləndirib.

Ötən ay doqquzuncu yerdə olan F.Məmmədov sentyabrda bir pillə də irəliləyib və hazırda öz çəki dərəcəsi üzrə dünyada səkkizincidir.

Bu çəkidə reyqinq cədvəlinə mütləq dünya çempionu, meksikalı Xuan Manuel Markes başçılıq edir. Namibiyalı Betyuel Uşuna ikinci, amerikalı Timoti Bredli isə üçüncüdür.

Xəbər 941 dəfə oxundu.