Dünya çempionatında 3-cü gün
İspaniyanın Ponferrada şəhərində şose velosipedi üzrə növbəti dünya çempionatı davam edir. Planetin ən güclülərinin mübarizə apardığı yarışda Azərbaycan müxtəlif yaş qrupları üzrə 6 velosipedçi ilə təmsil olunur.

Mübarizəyə ilk olaraq U-23 yaş qrupunda çıxış edən velosipedçimiz Tural İsgəndərov qoşulub - dünən o fərdi ötüşmədə (time trial) bacarığını nümayiş etdirib və 55-ci yeri tutub.

Bu gün 18 yaşadək velosipedçilər arasında Elgün Əlizadə və Kənan Qəhrəmanlı fərdi ötüşmədə (time trial) çıxış ediblər. Nəticələrə gəlincə, Elgün 64-cü, Kənan isə 66-cı olub.

Elit yaş qrupunda sentyabrın 24-də Elçin Əsədov fərdi ötüşmədə (time trial) qüvvəsini sınayacaq.

Sentyabrın 26-da Tural İsgəndərov, Samir Cəbrayılov və Ənvər Asanovdan ibarət U-23 yığmamız, sentyabrın 27-də isə Elgün Əlizadə və Kənan Qəhrəmanlıdan ibarət gənclər yığmamız qrup ötüşməsində çıxış edəcəklər.

Xəbər 826 dəfə oxundu.