"Marsel" liderliyini möhkəmləndirdi
Fransa çempionatında VII turun oyunlarına start verilib.
İlk oyun günündə 2 qarşılaşma keçirilib.

Turnir cədvəlinin lideri “Marsel” “Reyms”in qonağı olub. Görüş qonaqların 4:0 hesablı qələbəsi ilə başa çatıb..

“Renn” isə “doğma meydanda Tuluza”nı qəbul edib. Bu görüş də qonaqların böyühesablı qələbəsi ilə yekunlaşıb – 3:0.

Qeyd edək ki, tura bu gün keçiriləcək 8 oyunla yekun vurulacaq.

Xəbər 862 dəfə oxundu.