Maradona: "Narkotikə qurşanmasaydım..."
Dünya futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona maraqlı açıqlamaları ilə diqqət çəkib. Maradona narkotik qəbul etməsinin onun karyerası ilə yanaşı, həyatına da mənfi təsir göstərdiyini bildirib:

"Əgər narkotikə qurşanmasaydım, fenomen futbolçu olardım. Avropaya gəldiyimdə anladım ki, texnikamla istənilən müdafiəçini geridə qoya bilərəm. Top hər dəfə mənə gələndə, azarkeşlər sevinirdilər. Hazırda 53 yaşımda olmağıma baxmayaraq, özümü 80 yaşında hiss edirəm. Normal insan həyatı yaşamadım".

Xəbər 755 dəfə oxundu.