Antonio Kassano millimizə qarşı oynamayacaq
"Parma" klubunun hücumçusu Antonio Kassano İtaliya millisindəki karyerasını başa vurub. Bu barədə futbolçunun özü açıqlamasında deyib.

"Düşünürəm ki, artıq İtaliya yığmasında oynamayacam" - deyə 32 yaşlı futbolçu bildirib.

Qeyd edək ki, İtaliya millisi "Avro-2016"-nın seçmə mərhələsində Azərbaycan yığması ilə eyni qrupda mübarizə aparır. Millimizin İtaliya ilə ilk görüşü bu il, oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.

Xəbər 791 dəfə oxundu.