"Qarabağ"ın rəqibinin liderlik mübarizəsi
"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqibi "Dnepr" klubu bu gün Ukrayna Premyer Liqasında növbəti matçına çıxacaq. Dnepropetrovsk təmsilçisi 7-ci turda evdə "Olimpik" (Donetsk) klubu ilə qarşılaşacaq.

Premyer Liqanın hazırkı lideri "Şaxtyor" (Donetsk) klubunun son turda "Zorya"ya 0:1 hesabı ilə uduzması "Dnepr"ə lider olmaq şansı yaradıb. Muron Markeviçin komandası "Olimpik"lə oyunda qələbə qazanacağı təqdirdə liderliyə yüksələcək. "Dnepr" - "Olimpik" oyunu Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

Qeyd edək ki, 6 turdan sonra 16 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşan "Dnepr" klubu lider "Şaxtyor"dan 2 xal geri qalır.

Xəbər 929 dəfə oxundu.