“Atletiko” borcunu azalda-azalda gedir
"Atletiko" borclarının böyük bir hissəsini ödəyib. Baş məşqçi Dieqo Simeonin gəlişi ilə böyük uğurlar qazanan Madrid təmsilçisi 200 milyon avroluq borcunun 120 milyon avrosunu ödəyib. Təkcə 2014-ci ildə 90 milyon avro borc ödəyən İspaniya klubu maddi probleminin böyük hissəsini həll edib.

"Atletiko"nun prezidenti Enrike Sereso deyib ki, bu ilin sonuna qədər məbləğin 25 milyon avrosunu da ödəyəcəklərinə ümid edirlər.

Xəbər 780 dəfə oxundu.