“Azərreyl” uduzsa da, liderliyini saxladı

Avropa Çempionlar Liqasında təmsilçimiz “Azərreyl” Türkiyəyə səfər edib. Faiq Qarayevin komandası Bakıda 3:0 hesabı ilə qalib gəldikləri “Vəqfbank TTelekom” klubunun qonağı olublar. İlk dövrənin son turunda pley-offa vəsiqəni təmin edən “dəmiryolçular” bu matçda rəqibin güclü müqaviməti ilə üzləşiblər. Belə ki, komandamız ilk hissədə qələbə qazansa da, sonda məğlubiyyətdən qaça bilməyib. – 2:3. Buna baxmayaq, “Azərreyl” 1 xal qazanıb və vahid liderliyini davam etdirir. Komandamızın hesabında 10 xal var.

20 dekabr

IV tur

“D” qrupu
“Vəqfbank TTelekom” (Türkiyə) – “Azərreyl” (Azərbaycan) - 3:2 (21:25, 25:14, 25:23, 20:25, 15:12)
Hakimlər: Qoran Qradinski (Serbiya), Marko Seyfrid (Sloveniya)

Xəbər 1099 dəfə oxundu.