"Barselona"nın uğurlu seriyası davam edir
Bu mövsüm oynadığı beş rəsmi matçda da qalib gələn "Barselona" uğurlu statistikası ilə də diqqət çəkir. Cari mövsüm Kataloniya təmsilçisi rəqib qapılarından 12 qol keçirib. Əvəzində isə, "Barsa" öz qapısını toxunulmaz saxlamağı bacarıb.

Qeyd edək ki, "Barsa" hazırda İspaniya La Liqasında oynadığı dörd matçda da qalib gələrək, turnir cədvəlində birinci pillədə qərarlaşıb. Luis Enrikenin komandası Çempionlar Liqasının qrup mərhələsinin ilk oyununda da APOEL-i məğlub etməyi bacarıb - 1:0.

Xəbər 849 dəfə oxundu.