Türkiyə Superliqası: "Fənərbaxça" qələbə qazandı

Futbol üzrə Türkiyə Superliqasında 3-cü turun oyunları davam edir.
Növbəti oyun günündə daha 3 qarşılaşma baş tutub. Səfərdə "Karabükspor"un qonağı olan “Kasımpaşa” 2:1 hesabı ilə qalib gəlib. “Sivasspor” – “Konyaspor” matçında hesab açılmayıb. “Fənərbaxça” isə, öz meydanında “Qaziantepspor”u məğlub edib – 1:0.

Qeyd edək ki, tura bu gün keçiriləcək iki oyunla yekun vurulacaq.


Xəbər 760 dəfə oxundu.