“Qarabağ” Avroliqada heç-heçə ilə başladı
[18.09.2014]
Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start verilib.
Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün qrupda ilk oyununu keçirib.
F qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşıb. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaqdı. Bu matçda "Qarabağ" 0:0 hesabı ilə bərabərə qalıb.
Qeyd edək ki, qrupun digər oyununda Ukraynanın “Dnepr” klubu İtaliya “İnter”ini qəbul edəcək.



Xəbər 838 dəfə oxundu.