Mottanın burnunu qırana çox ağır cəza
[19.09.2014]
Fransa Liqasında PSJ-nin futbolçusu Tiaqo Mottanın burnunu qıran "Bastiya"nın hücumçusu Brandaoya ağır cəza tətbiq olunub. Fransa Futbol Federasiyası Brandaonun 6 ay futbol oynamasına qadağa qoyub. Beləliklə, o, gələn ilin fevral ayına qədər yaşıl meydanlardan uzaq qalacaq.
Bundan başqa, məhkəməyə verilən braziliyalı hücumçunun ən azı üç il azadlıqdan məhrum edilməsi və 45 min avro ilə cərimələnəcəyi gözlənilir.
Qeyd edək ki, Brandao Fransa Liqasının ikinci turunda PSJ ilə matçdan sonra paltardəyişmə otağına gedən dəhlizdə Tiaqo Mottaya kəllə vurub və onun burnununu qırıb.

Xəbər 761 dəfə oxundu.