"Mourinyo çox danışmasın!" - Mançini
[19.09.2014]
"Qalatasaray"ın sabiq baş məşqçisi Roberto Mançini "Çelsi"nin çalışdırıcısı Joze Mourinyonun cavabını verib. O, Portuqaliya millisində işləyib-işləməyəcəyi ilə bağlı qərarı Mourinyonun vermək hüququ olmadığını deyib:
"Səhv etmirəmsə, o, "Çelsi"də işləyir. Mourinyo Portuqaliya Futbol Federasiyasının prezidenti deyil. Ona görə də, Mourinyo ən yaxşısı çox danışmasın!".
Qeyd edək ki, Mourinyo Portuqaliya millisini yerli baş məşqçinin çalışdırmasının daha yaxşı olacağını deyib.


Xəbər 755 dəfə oxundu.