Paytaxt derbisi: "İnter" "Bakı"ya qarşı | |
[19.09.2014] Bu gün Azərbaycan Premyer Liqasında 6-cı turun oyunlarına start veriləcək. Turun açılış matçında "İnter" və "Bakı" komandaları üz-üzə gələcək. "İnter Arena"da keçiriləcək oyun saat 19:00-da başlayacaq. Kaxaber Sxadadzenin komandası bu oyunda qələbə qazanmaqla, yenidən liderliyə yüksələ bilər. Əsasən, gənc futbolçulardan qurulmuş "Bakı"nın "İnter"ə necə müqavimət göstərəcəyi maraqla gözlənilir. Qeyd edək ki, Premyer Liqada 6-cı tura bazar günü keçiriləcək “Qarabağ” – “Simurq” oyunu ilə yekun vurulacaq. |
|
Xəbər 989 dəfə oxundu. |
|
|