Xanım azarkeşlər “Qarabağ”ın fan klubunu yaratdılar
[18.09.2014]
Bir qrup xanım azarkeş "Qarabağ"a dəstək məqsədilə fan klub yaradıb. Bu haqda tanınmış telejurnalist Günay Yelmarqızı bildirib.
Onun sözlərinə görə, fan klub “Ladys "Qarabag" adlanacaq.
“Qarabağın rəmzi olan “Qarabağ”ı dəstəkləmək hər birimizin borcudur. Fan klubun yaradılması ideyasını dəstəklədiyinə görə, “Qarabağ”ın rəhbərliyinə təşəkkür edirik” – deyə G.Yelmarqızı bildirib.
Qeyd edək ki, "Qarabağ"ın xanım azarkeşləri fan klub kimi komandalarına ilk dəstəyini bu gün Tofiq Bəhramov adına Respublika stadionun "Sent-Etyen"ə qarşı keçiriləcək Avropa Liqasının qrup oyununda nümayiş etdirəcəklər.

Xəbər 826 dəfə oxundu.