“Pirlo Azərbaycanla oyuna çağırılacaq” – Antonio Konte
[18.09.2014]
İtaliya millisinin baş məşqçisi Antonio Konte “Yuventus”un yarımmüdafiəçisi Andre Pirlonun yenidən ölkənin əsas komandasına çağırılacağını təsdiqləyib. O qeyd edib ki, hazırda zədəsini sağaltmaqla məşğul olan təcrübəli futbolçu “Avro-2016”-nın Azərbaycanla seçmə oyununa qədər hazır olacaq. Konte Pirlonun həm Azərbaycan, həm də Norveç milli komandaları ilə rəsmi matçlara dəvət ediləcəyini bildirib.
Xatırladaq ki, “Avro-2016”-nın İtaliya – Azərbaycan oyunu oktyabrın 10-da Palermo şəhərində keçiriləcək.

Xəbər 781 dəfə oxundu.