“Qarabağ” “Sent Etyen”ə qarşı
[18.09.2014]
Bu gün Avropa Liqasının qrup mərhələsinin oyunlarına start veriləcək. Turnirdə yeganə təmsilçimiz “Qarabağ” da bu gün qrupda ilk oyununu keçirəcək.
F qrupunda mübarizə aparan Qurban Qurbanovun komandası öz meydanında Fransanın “Sent Etyen” klubu ilə qarşılaşacaq. Tarixində ilk dəfə qrup mərhələsinə yüksələn Ağdam təmsilçisi azarkeşləri önündə sərfəli nəticə qazanmağa çalışacaq.
Görüş saat 21:00-da başlayacaq.
Qeyd edək ki, qrupun digər oyununda Ukraynanın “Dnepr” klubu İtaliya “İnter”ini qəbul edəcək.


Xəbər 926 dəfə oxundu.