"İnter" qrupun favoritidir" - "Dnepr"in baş məşqçisi
[17.09.2014]
Avropa Liqasının qrup mərhələsində "Qarabağ"ın rəqiblərindən olan "Dnepr" klubunun baş məşqçisi Miron Markeviç sabah qarşılaşacaqları "İnter"lə oyunöncəsi mətbuat konfransı keçirib. Təcrübəli mütəxəssis Milan təmsilçisini qrupun favoriti adlandırıb:
"Əlbəttə, "İnter" ciddi və yaxşı futbolçulardan təşkil olunmuş komandadır. Əminəm ki, onlar bu mövsüm A Seriyasında çempionluq uğrunda mübarizə aparacaqlar. "İnter" qrupun favoritidir. Ancaq bizim də qarşımızda növbəti mərhələyə yüksəlmək tapşırığı var. Dekabr ayına qədər 6 oyunumuz olacaq. Qrupdan çıxmağa çalışacağıq".
M.Markeviç komandasında olan problemlərdən də danışıb: "Oyunöncəsi hansı problemlərimiz var? Ruslan Rotan istənilən halda sabah "İnter"ə qarşı oynaya biləcək. Amma Yevgeni Seleznyov və Mateus zədəlidirlər. Onlar sabahkı matça hazır deyillər".
Qeyd edək ki, "Dnepr" - "İnter" oyunu sabah, Bakı vaxtı ilə saat 00:05-də başlayacaq.

Xəbər 792 dəfə oxundu.