"Bizim futbolçuları almağa pulları çatmaz" - Qvardiola
[17.09.2014]
"Bavariya"nın baş məşqçisi Pep Qvardiola komandasının bəzi üzvlərini “Mançester Yunayted”in alacağı ilə bağlı xəbərlərə münasibət bildirib. O, mətbuat konfransında "Mançester Yunayted"in futbolçuları üçün təklif göndərməsi ilə bağlı suala cavabında deyib: "Mançester Yunayted"in "Bavariya"dan futbolçu ala biləcək qədər pulu yoxdur. Onlar bu yay transferlərə çox pul xərcləyiblər. Oyunçularımı hansı klubların almaq istədiyini bilirəm. "Mançester Yunayted" də bəzi futbolçularımı transfer etmək istədi. Ancaq onlar "Bavariya"da qalmağı üstün tutdular".


Qeyd edək ki, "MY" bu yay transferlərə 191 milyon avro xərcləyib.

Xəbər 789 dəfə oxundu.