"Mançester Siti" ilə oyunöncəsi "Bavariya"da ciddi itki
[17.09.2014]
"Bavariya" Çempionlar Liqasının qrup mərhələsində bu gün keçiriləcək "Mançester Siti" ilə matça ciddi itki ilə çıxacaq. Münhen təmsilçisinin aparıcı futbolçusu Frank Riberi sözügedən qarşılaşmada oynaya bilməyəcək. Buna səbəb, fransalı yarımmüdafiəçinin sol dizindən zədələnməsidir. "Bavariya"nın baş məşqçisi Pep Qvardiola deyib ki, Riberinin ayağında ağrılar var: "Buna görə də o, daha bir neçə qarşılaşmanı buraxa bilər". "Bavariya" - "Mançester Siti" oyunu bu gün, Bakı vaxtı ilə saat 23:45-də başlayacaq. Xatırladaq ki, iyul ayında belindən problem yaşayan Riberi zədəsini yeni sağaltmışdı.

Xəbər 817 dəfə oxundu.